Saat 10-a qədər seçicilərin 9,92 faizi səs verib-MSK

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
Olaylar xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçici fəallığı barədə məlumat verib.  Bildirib ki, indiyədək seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib. O qeyd edib ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31