22 beynəlxalq media nümayəndəsi seçkiləri müşahidə edir

"1000 seçki məntəqəsində veb-kameralar seçki prosesi üçün hazır vəziyyətdədir. Kameralar səsvermə protokolları hazırlanana qədər bütün prosesi qeydə alır". Olaylar  xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bütün seçiciləri səsverməyə dəvət edib.
M.Pənahov vurğulayıb ki, saat 19:00-da seçki məntəqələri bağlanacaq və ilkin nəticələr hazırlanacaq.
"Gün ərzində səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatların verilməsi beş dəfə olacaq. Məntəqələrdə baş verən hər hansı hadisə ilə bağlı məntəqə seçki komissiyasında dərhal qərar veriləcək".
M.Pənahov bildirib ki, nüfuzlu beynəlxalq təşkilatların müşahidəçiləri geniş tərkibdə seçkiləri müşahidə edirlər.
O xatırladıb ki, 604 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib:
"Yerli müşahidəçilər isə 112 min 749 nəfərdir".
Onun sözlərinə görə, 22 beynəlxalq media nümayəndəsi səsverməni izləmək üçün qeydiyyatdan keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31