2500 məntəqədə exit-pol keçirilir
1 Sentyabr 2024 09:13 SiyasətNövbədənkənar parlament seçkiləri ilə bağlı 2500-ə yaxın məntəqədə exit-poll keçirilir. Olaylar xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Sədr qeyd edib ki, üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31