MDB Parlamentlərarası Assambleya Şurasının üzvləri ƏHD Partiyasının rəhbərliyi ilə görüş keçirib
30 Avqust 2024 15:22 SiyasətMüstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının üzvləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının rəhbərliyi ilə görüş keçirib. ƏHD Partiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev və partiyanın baş katibi Yaşar Kələntərli iştirak edib. "Olaylar" xəbər verir ki, MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və digərləri ƏHD Partiyasının seçki prosesində iştirakı, namizədlər, seçki kampaniyası və digər məsələlər barədə maraqlanıb.
ƏHD Partiyasının sədri görüşdə Assambleya Şurasının üzvlərini maraqlandıran məsələlər barədə məlumat verib. Daha sonra görüş diskussiya şəklində davam edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31