Kazım Kazımov: Ermənistan birbaşa olaraq imperializmə xidmət edir- ÖZƏL
30 Avqust 2024 15:10 Siyasət"Şübhəsiz ki, Ermənistandakı müşahidə missiyasının sadəcə adı müşahidə missiyasıdır. Onlar Qərbin imperialist dairələrinin Cənubi Qafqazda bir kolonudur. Belə olan təqdirdə bu missiya həqiqətən də Azərbaycana, yaxud qonşu ölkələrimiz İrana, Rusiyaya qarşı kəşfiyyat məlunatları toplayırsa bu şübhəsiz ki, hibrid müharibədir".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Qərbin uzun illərdir alternativ siyasi addımlar atan ölkələrə qarşı uzunmüddətli siyasətinin bir nəticəsidir. Belə olan təqdirdə Ermənistan birbaşa olaraq imperializmə xidmət edir və birbaşa olaraq Cənubi Qafqazda yenidən münaqişənin alovlanmasına səbəb olur desək, yanılmarıq. Çünki heç bir ölkə üçüncü tərəfin öz məqsədlərinə nail olması üçün öz ərazisini açmamalıdır. Ermənistan isə bunu edir və burada artıq müstəqil ölkə olmadığını, imperialist dairələrin proksi ölkəsinə çevrildiyini açıq şəkildə ortaya qoyur".
Zeynəb Rzayeva