Görülən işlər Azərbaycanın bu günü və gələcəyi üçündür- ÖZƏL

"Prezident İlham Əliyevin uzaqgörən siyasəti və apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən birinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib: "Həyata keçirilən islahatlar, zamanında atılan addımlar nəticəsində dövlətimiz ərazi bütövlüyünü bərpa edərək, yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni Azərbaycan Partiyası bugünədək əldə etdiyi uğurlara və yeni hədəflərə söykənərək 1 sentyabr - növbədənkənar parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb. Partiyanın 32 ilə yaxın keçdiyi şərəfli yol cəmiyyətdə tutduğu mövqeyə işıq salır. Ümumxalq partiyasına çevrilən YAP sıralarında bütün kateqoriyadan olan insanları birləşdirib, öz monolitliyini qoruyur, hədəflərə çatmaq üçün bütün qüvvə və bacarığını səfərbər edir. Görülən işlər Azərbaycanın bu günü və gələcəyi üçündür".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31