Ulu Öndərin neft strategiyası bu günümüz və gələcəyimiz üçün hesablanıb- ÖZƏL

"Ümummilli Lider "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisini irəli sürərək iqtisadiyyatımızın inkişafında neft amilinə yüksək önəm verdi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Neft sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu günümüz və  gələcəyimiz üçün hesablanmış addımlar sırasındadır".



"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatatı Aydın Hüseynov deyib:

"Azərbaycanın neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış əlverişli investisiya iqlimi, güclü siyasi iradə və qurulan möhkəm beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etdi. Onu da qeyd edim ki, Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanılmasını təmin edir. Qurumun yaradılması fəlsəfəsinin əsas qayəsini neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin edilməsi təşkil edir. Hazırda Dövlət Neft Fondunun vəsaitləri hesabına biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafına xidmət edir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31