Əlverişli biznes mühiti xarici investisiya qoyuluşunu sürətləndirib- ÖZƏL

"Prezident İlham Əliyev yeni dövrün hədəflərinə nail olmaq üçün iqtisadiyyatın inkişafının önəminə daim diqqəti cəlb edir. Son 20 ildən artıq dövrün sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə yaradılan möhkəm təməlin  davamlı uğurlara yol açdığını görürük".

"Olaylar" xəbər verir k, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib:

"Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasının nəticəsi olaraq bu gün Azərbaycan qeyri-neft sektoru sektorunda da mühüm inkişaf göstəriciləri ilə diqqətdədir. Son 20 ildə qeyri neft-qaz sektorunda ümumi daxili məhsul istehsalı real ifadədə 3,5 dəfə artıb, əhalinin məşğulluq səviyyəsi yüksəlib. Əlverişli biznes mühitinin yaradılması Azərbaycana xarici investisiya qoyuluşunu sürətləndirib. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi dəyərləndirilir və islahatçı ölkələr sırasında göstərilir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi hazırda bölgələrin inkişafında da özünün aydın ifadəsini tapır. Belə ki, cənab İlham Əliyevin "neft kapitalını insan kapitalına çevirmək" və "iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır" çağırışlarına uyğun olaraq  bölgələrin malik olduğu potensialdan səmərəli istifadə etmək üçün regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramları uğurla həyata keçirilib. Bunun nəticəsində şəhər və rayonların infrastruktur təminatı yaxşılaşıb, sahibkarlığın inkişafında mühüm irəliləyiş əldə edilib".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31