İlham Əliyev xalqımıza tarixi Zəfərin sevincini yaşatdı- ÖZƏL

"Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində  yeni inkişaf yoluna qədəm qoyan Azərbaycan illər keçdikcə daha möhtəşəm uğurları ilə dünyanı heyrətləndirir".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib:

"Bu gün dünyaya səs salan qalib, bütövləşən Azərbaycanın uğurları, qeyd etdiyimiz kimi, Heydər Əliyev siyasətinin təntənəsidir. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev xalqımıza tarixi Zəfərin sevincini yaşatdı. 44 gündə 30 ilin işğalına son qoyulması, tarixi ədalətin bərpası Azərbaycanın gücünün, qüdrətinin, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən haqlı siyasətinin uğurlu nəticələrinin nümayişi oldu. Şanlı Qələbəmizdən üç il sonra, ötən ilin sentyabr ayında rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpa olunması müasir dövlətçilik tariximizin ən önəmli və şərəfli səhifəsidir.
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31