Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır- ÖZƏL

"Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizin maraqlarının qorunmasında mühüm rol oynayıb". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsi istiqamətində ardıcıl fəaliyyət nümayiş etdirib".
O, bildirib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır: "Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31