Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatır

Bu gün seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatır.

Olaylar  "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.

Təqvim Planına əsasən, prosesin avqustun 29-na qədər həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Milli Məclis seçkiləri üzrə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilib. Avqustun 15-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 milyon 516 min 567 seçki bülleteni çap olunub.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkiləbu il sentyabrın 1-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31