Kazım Kazımov: Frank Şvabenin siyasi həyatı göz önündədir - ÖZƏL
28 Avqust 2024 14:44 Siyasət"Frank Şvabenin siyasi həyatı göz önündədir. O, hər zaman erməni lobbisinin Avropadakı aləti olmuşdur. Bu alət missiyasına yenə də davam edir. Siyasəti yaxşı anlamayan insanlara elə gələ bilər ki, onun mövqeyi bütün Avropanın nümayəndələrinin mövqeyiylə eynidir. Bu, əsla belə deyil".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Frank Şvabe və onun kimilər bu gün xüsusilə Almaniyada və Fransada bir qisim siyasətçilər istisna olmaqla Azərbaycanın bu gün Avropada çox yaxşı dostları var. Lakin erməni lobbisini özünə rəhbər seçən Frank Şvabe və onun kimilər çox səs-küy qaldırmaqka əslində saylarının çox olduğunu göstərməyə çalışırlar. Bu belə deyil. O, hər zaman Azərbaycanın AŞPA-dakı fəaliyyətinin tamamilə dondurulması, Azərbaycanın AŞPA-dan çıxarılması kimi bir fəaliyyət güdmüşdür. Lakin həm 44 günlük Vətən müharibəsində, həm antiterror əməliyyatları dövründə, həm 2020-dən üzü bəri, hətta ondan əvvəlki dövrlərdə də Frank Şvabe kimilərin çıxardığı səs-küylər Azərbaycanın beynəlxalq imicinə ziyan vurmamış, tam əksinə, Frank Şvabe kimilərin əsl üzünü açıb ortaya qoymuşdur".
Zeynəb Rzayeva