İslahatların dərinləşdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir- ÖZƏL
28 Avqust 2024 13:37 Siyasət"Möhkəm təməl artıq uğurlarla zəngin bir mərhələdən yeni dövrə qədəm qoymağa yol açdı. Günümüzün əsas çağırışları sırasında yeni dövrün hədəflərini gerçəkləşdirmək mühüm yer tutur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Müasir mərhələdə islahatların dərinləşdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Bu islahatlar iqtisadi idarəetmənin köklü səviyyədə müasirləşməsinə, inkişafın yeni hərəkətverici qüvvələrinin təşəkkül tapmasına və hər bir Azərbaycan vətəndaşının rifahının yüksəlməsinə zəmin yaradacaq. Azərbaycanın islahatlar yolu ilə inkişafı istiqamətində əsas hədəflər idarəetmədə çeviklik və effektivliyin artırılması məqsədilə institusional və struktur islahatlarının davam etdirilməsi, yüksək dövlətçilik şüuruna malik, milli-mənəvi dəyərlərə sadiq, azərbaycançılıq ideologiyasını, müasir bilik və bacarıqları mənimsəmiş intellektual kadrların yetişdirilməsi və idarəetmənin müxtəlif sahələrində irəli çəkilməsi, siyasi sistemin inkişaf etdirilməsi və yeni siyasi konfiqurasiyanın möhkəmləndirilməsinə yönəlik təşəbbüslərin reallaşdırılması və məmur-vətəndaş təmasının minimuma endirilməsidir".
Alim Hüseynli
Olaylar.az