Tural İsmayılov: Şvabe həyati və siyasi missiyasını antiazərbaycan fəaliyyətə həsr edib- ÖZƏL

"Frank Şvabe artıq özünün həyati və siyasi missiyasını antiazərbaycan fəaliyyətə həsr edib. Bu adamın bütün açıqlamaları və şərhləri onu göstərir ki, gözünü tamamilə Azərbaycan əleyhinə siyasətlə örtən bu adam bu gün dünya erməniçiliyinin əlində oyuncağa çevrilib".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Lakin təəssüfləndirici məqam ondan ibarətdir ki, uzun illər AŞPA ilə yaxından əməkdaşlıq edən Azərbaycan məhz Frank Şvabe kimi bəsirətsiz siyasətçilərə görə bu gün AŞPA ilə münasibətlərinə sərhəd qoymaq məcburiyyətində qalır. İstənilən halda bu adamın verdiyi şərhlər, açıqlamalar nə diplomatik etiket qaydalarına, nə bütövlükdə diplomatiyanın qaydalarına uyğun gəlir. Kifayət qədər diletant, qərəzli, mövqesiz və dişsiz açıqlamalar edir. Bu baxımdan Frank Şvabenin Azərbaycan əleyhinə güclənən isterikası çox aydın müşahidə edilən tendensiyadır. Hesab edirəm ki, Frank Şvabenin bu tip antiazərbaycan fəaliyyətlərinə davam etməsi AŞPA ilə Azərbaycan arasında nəinki körpülərin yenidən qurulmasına səbəb olacaq, əksinə, əlaqələr daha da pisləşməyə doğru gedəcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31