YAP ölkənin siyasi sistemində aparıcı rola malikdir- ÖZƏL

"Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi sistemində aparıcı rola malikdir". "Olaylar" xəbər verir ki, bunu YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov deyib: "YAP parlament seçkilərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - "Yeni dövrə Yeni Azərbaycanla!" şüarı ilə qatılıb. Məlum olduğu kimi Yeni Azərbaycan Partiyası bundan əvvəl keçirilən bütün seçkilərə yüksək səviyyədə hazırlıqlı olub. Bu dəfə də partiyanın möhtəşəm qələbə qazanacağına əminəm". 

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31