Ölkəmizin qarşısında yeni perspektivlər açılıb- ÖZƏL
28 Avqust 2024 10:28 Siyasət"Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Eldar İbrahimov deyib:
"Həyata keçirilən düşünülmüş daxili və xarici siyasət nəticəsində ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Artıq yeni dövrə qədəm qoymuşuq. Qarşımızda bir çox mühüm hədəflər durur və qüdrətli Azərbaycan dövləti bütün milli məqsədlərin gerçəkləşməsinə nail olacaqdır".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31