İğdır-Naxçıvan qaz xəttinin tikintisi tezliklə yekunlaşacaq - XİN rəhbəri
27 Avqust 2024 20:34 Siyasətİğdır-Naxçıvan qaz xəttinin tikintisi tezliklə tamamlanacaq.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
"İğdır-Naxçıvan təbii qaz xəttinin tikintisi tezliklə başa çatacaq. İki ölkənin enerji layihələri bütün Avrasiya regionunun enerji xəritəsini dəyişdirir", - o qeyd edib.
Qeyd edək ki, C.Bayramov Ankarada işgüzar səfərdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31