MSK Nəsiman Yaqublu haqqında qərarı müzakirə edir
27 Avqust 2024 17:05 SiyasətMərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizəd Nəsiman Yaqublunun avqustun 25-də Zəngilanda seçicilərlə görüşdən qayıdarkən avtomobil qəzasında həlak olmasını müzakirə edir.
Olaylar xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında seçki bülletenlərində namizəd kimi adı qeyd olunan Nəsiman Yaqublunun vəfatı ilə əlaqədar seçicilərə məlumatın çatdırılması qaydası müəyyənləşdirilir.
Komissiya üzvlərinin rəyindən sonra dairə seçki komissiyasına (DSK) atılacaq addımlarla bağlı müvafiq tapşırıq veriləcək. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31