Qərbi azərbaycanlılara edilən haqsızlıqlar bir dəfə də olsun AŞPA-da gündəmə gətirilməyib - ÖZƏL

"Aydın məsələdir ki, AŞPA da Azərbaycana qarşı haqsızlıq var".



Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Bu haqsızlıq uzun müddətdir ki, davam edir və AŞPA da faktiki olaraq korrupsiyaya bulaşmış erməni lobbisinin diplomatiyasına aludə olmuş bir çox dövlətə məxsus deputatlarla təmsil olunur və onlar erməni lobbisinə ortaq hərəkət edir, Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edirlər. Düzü, bu qətnamələrin elə də bir mahiyyəti yoxdur. Yəni Azərbaycana qarşı təzyiq etmək üçün xüsusi bir çəkisi olmasa da, nəticə etibarilə bizə qarşı qərəzin olmadığı mənasına gəlmir. Azərbaycan bu günə qədər AŞPA-da hər zaman müsbət mənada təmsil olunubdur. Amma AŞPA-nın bizə qarşı sərgilədiyi mövqeyi olduqca qərəzlidir və bu baxımdan da Qərbi Azərbaycan icmasının bu məsələyə reaksiya bildirilməsi təbii ki, belə deyək, mühümdür və nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda Qərbi Azərbaycan icmasının fəaliyyəti və fəaliyyət məqsədləri bəllidir. Azərbaycanda qərbi azərbaycanlılara qarşı haqsızlıq olub. Ermənistan tərəfindən soydaşlarımız 1988-ci  ildə ata-baba yurdlarından didərgin salınıb və bu proses faktiki olaraq regionun etnik yapısını dəyişməyə hesablanıb. Təsadüfi deyil ki, 500 minə yaxın azərbaycanlı Qərbi Azərbaycandan didərgin oldu. Bu adamlar burdan getməsəydi, nə baş verərdi? Böyük ehtimalla, bu gün erməni parlamentində azərbaycanlı deputatlar təmsil olunardı, ermənilər Qarabağı işğal edə bilməzdilər və 30 illik münaqişə olmazdı. Yəni əslində qərbi azərbaycanlıların başına gətirilən oyunlar, onlara qarşı edilən haqsızlıqlar bu günə qədər bir dəfə də olsun AŞPA-da düz-əməlli gündəmə gətirilməyib. Amma 20-30 minə yaxın erməninin öz istəyi ilə Qarabağı tərk etməsinə görə Azərbaycana qarşı az qala sanksiyalar etmək istəyirlər. Bu, əsl qərəz, ikiüzlülükdür və Qərbi Azərbaycan icmasının bu etirazı da həm də bununla bağlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31