AŞPA Azərbaycanla münasibətlərdə konstruktiv davranmalıdır- ÖZƏL

"AŞPA Azərbaycana qarşı hər zaman ikili standartlarla yanaşıb. Hətta işğal dönəmində işğalçı Ermənistan barədə hansısa bir açıqlama verməyən, işğalı pisləməyən qrup Azərbaycan öz ərazilərini işğaldan azad edib suverenliyini bərpa edəndən sonra Azərbaycana qarşı bir cəbhə açıb".



Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Burada da müəyyən dövlətlərin, erməni lobbisi ilə əlaqəli olan qüvvələrin və o cümlədən, Fransanın təsiri altında olan deputatların vasitəsilə Azərbaycana qarşı bir kampaniya aparılır. Məhz bu kampaniya Azərbaycana təzyiq göstərməklə onun öz maraqlarına güzəştə getməsi və Qərb strukturlarını bölgədə yerləşməsi, bölgədə destruktiv fəaliyyətinə imkan verməməsi təbii ki, Azərbaycanı hədəfə gətirən əsas amillərdəndir. Məhz bu səbəbdən bu ilin yanvarında AŞPA Şvabbe və digərləri kimi qrup depuatatların səs verməsi ilə Azərbaycan nümayəndə heyətinin həmin qrupda fəaliyyətini dayandırmaq barədə qərar qəbul etdi. Azərbaycan nümayəndə heyəti də məhz bunu bildiyindən vaxtından əvvəl özü bəyanat yayaraq orada fəaliyyətini dayandırdığını bildirdi. Bundan sonrakı dönəmdə də bir neçə dəfə AŞPA tərəfindın Azərbaycana müəyyən reveranslar edilsə də guya hansısa şərtlər altında Azərbaycanın öz fəaliyyətini bərpa etməsinə şərait yaradacaqları vədlərinə baxmayaraq Azərbaycan öz mövqeyində israrlıdır. Azərbaycan nümayəndə heyətinə qarşı edilmiş haqsızlıq təbii ki, cavablandırılmalı idi. AŞPA yenə də öz ampulasındadır. Seçkiləri müşahidə etmək üçün dəvət olunmadığına görə yenidən Azərbaycana qarşı "Şvabbelər" kampaniya başladıblar. Azərbaycan müstəqil dövlətdir və Qərb qurumlarından da seçkiləro müşahidə etmək üçün məhz ATƏT-in nümayəndələri dəvət olunublar. Bu missiya və məsuliyyət də onların üzərindədir. Avropa Şurasının hansısa formada bölgəyə gəlməsi və burada qərəzli bəyanatlar səsləndirməsi onsuz da korlayıb. Azərbaycanın məhz Şvabbe və bu kimi Azərbaycan əleyhdarı olan şəxslərə Azərbaycana girişlə bağlı qadağalar qoyması və onların COP29-da iştirakına icazə verməməsi doğru addımdır. Münasibətlərin normallaşması üçün AŞPA özünün qərarını ləğv etməlidir. Azərbaycanla münasibətlərdə konstruktiv davranmalıdır. Azərbaycan Qərb strukturları, o cümlədən AŞPA ilə əməkdaşlıqda maraqlıdır. Sadəcə olaraq bu əməkdaşlıq tərəflərin hər ikisinin maraqlarına uyğun şəkildə həyata keçirilməlidir. Bu yalnız Azərbaycanın maraqlarından güzəştə getməsinin hesabına olmamalıdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31