Onun həbsinin arxasında daha çox siyasi məqamlar yer alır...- ÖZƏL
27 Avqust 2024 14:04 Siyasət"Aydın məsələdir ki, Pavel Durovun həbsinin arxasında siyasi məqamlar var. Pavel Durovun Rusiya rəhbərliyi, hətta deyilənə görə Putinlə görüşü olub. Bu görüşdən sonra Telegram rəhbəri Pavel Durovun Rusiya rəhbərindən müəyyən təlimatlar aldığı və rəhbərliyin göstərişi ilə müəyyən addımlar atacağı bildirilir. Belə olan halda siyasət artıq işə müdaxilə edir".

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Onun həbsinin arxasında daha çox siyasi məqamlar yer almaqdadır. Birincisi, Durovun Rusiya rəhbərliyi ilə görüşü barədə real sübutlar yoxdur. Bilirik ki, Pavel Durov uzun illərdir ki, BƏƏ-də yaşayırdı. İkinci bir məqam ondan ibarətdir ki, siyasi bir səbəbə görə hansısa bir imsanın tutulması doğru deyildir. Bu hir daha Fransanın insan hüquqları sahəsində nə qədər geridə olduğunun göstəricisidir. Bu gün Fransa kimi ölkələr dünyaya insan hüuquqlarından, demokratiyadan dərs keçməyə can atırlar. Amma əslində, öz ölkələri daxilində islamafobiya, ksenofobiya, insan hüquqlarına hər cür hörmətsizlik həyata keçirilir. Bundan xalq özü də ciddi şəkildə narazıdır. Elə Fransanın müstəmləkəsi Kaledoniyada baş verənlər, orada polis zorakılığı bir daha göstərir ki, Fransada insan hüquqlarına hörmətdən əsər-əlamət qalmayıb. Digər tərəfdən Aİ səssiz qalır, çünki Aİ-də Fransanın müəyyən çəkisi var. Aİ lazım olanda bəyanatlar verir, amma üzv dövlətlərin, xüsusilə Fransanın, Almaniyanın maraqlarına cavab vermədikdə sakit qalır. Bu özü də Aİ-nin demokratik institut kimi statusunu ciddi şəkildə şübhə altına alır. İstisna olunmur ki, Pavel Durovdan daha sonra siyasi alət kimi danışıqlarda istifadə olunacaq. Uzun müddətdir ki, Rusiya Amerikadan qaçan və Amerikanı ifşa edən keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Milli Təhlükəsizlik Agentliyinin kiber mütəxəssisi Edvard Snouden Rusiya Federasiyasında yaşayır və Rusiya ona himayəçilik edir. Ehtimal var ki, danışıqlarda Pavel Durovun Edvard Snoudenlə dəyişdirilməsi məsələsi də yer alsın".
Zeynəb Rzayeva