ABŞ İrəvana öldürücü silahlar verir? – Səfirlik
27 Avqust 2024 12:57 SiyasətABŞ nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə İrəvana öldürücü silahlar tədarük etməyib.
Olaylar xəbər verir ki, bu barədə Report-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, regionda sabitlik və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olmaq ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, avqustun 21-də Caliber.az informasiya portalı öz mənbələrinə istinadən yazıb ki, Qərb dövlətləri, o cümlədən ABŞ üçüncü dövlətlərin köməyi ilə İrəvana öldürücü silahlar göndərir. Məlumatda Fransa, Almaniya və ABŞ silahlarının İran vasitəsilə Ermənistana çatdırıldığı vurğulanıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31