Parlament seçkilərində Zabuxda 1282 nəfər səs verəcək
27 Avqust 2024 12:16 SiyasətZabuxda seçki məntəqəsində hazırlıq işləri yekunlaşıb, məntəqə bütün avandanlıqlarla təchiz olunub.
Olaylar "Seçki 2024" -ə istinadən xəbər verir ki, 121 saylı Laçın Seçki Dairəsinin Zabux kəndində yerləşən 108 saylı Seçki Məntəqəsinin sədri Mübariz Rüstəmov deyib.
O bildirib ki, 121 saylı Laçın Seçki Dairəsi üzrə 7 nəfərin namizədliyi qeydə alınıb:
"Gördüyünüz kimi, hazırda onların şəkilləri də lövhələrə vurulub. Düşünürəm ki, Laçın sakinləri ən layiqli namizədə səs verərək öz seçimlərini edəcəklər. Bizim də borcumuz odur ki, seçkini qanunvericiliyə uyğun olaraq tam şəffaf və demokratik qaydada həyata keçirək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31