Ölkəmizin əldə etdiyi naliyyətlərə görə, İlham Əliyevin yürütdüyü müdrik siyasətə borcluyuq- ÖZƏL
27 Avqust 2024 11:11 Siyasət"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar gələcək hədəf və perspektivlərin gerçəkləşməsinə imkan yaradır". "Olaylar" xəbər verir ki, bunu YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov deyib: "Ölkəmizin bugünkü qüdrətinə görə, məhz Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yürütdüyü müdrik siyasətə borcluyuq. Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlər mühüm əhəmiyyət kəsb edir. İlham Əliyev həm də Yeni Azərbaycan Partiyasının sədridir. YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini də məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli təbliğatı təşkil edir".
Alim Hüseynli
Olaylar.az