Ölkəmizdə təhlükəsizlik mühiti hökm sürür- ÖZƏL

"Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış mühüm nailiyyətlərdən biri ölkəmizdə möhkəm sabitliyin təmin olunması və etibarlı təhlükəsizlik mühitinin yaradılmasıdır". Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev bildirib. Qeyd edib ki, Azərbaycan sabitlik adası kimi bir çox ölkələr üçün örnəkdir: "Ölkəmizdə təhlükəsizlik mühiti hökm sürür. Bütün bu uğurlar asanlıqla əldə edilməyib. Müstəqilliyimizin yenidən bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda əldə olunan nailiyyətlərin müəllifləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, Azərbaycanı ən yüksək zirvələrə ucaldan Prezident İlham Əliyevdir".

Alim Hüseynli 
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31