Durov niyə həbs edilib?- ÖZƏL

"Pavel Durovun həbsi təbii ki, siyasi həbsdir və bir daha Fransa rəhbərliyinin mahiyyətini ortaya qoyur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Gəlin baxaq, Durov niyə həbs edilib? Durovun həbsinə səbəb kimi "Telegram"da narkotik reklamları, alqı-satqısı və pedofiliya ilə bağlı məlumatların, videoların yerləşdirilməsi göstərilir. Bu digər sosial şəbəkələrdə də var. Digər ölkələr də öz ərazilərində mövcud olan sosial şəbəkələrə qarşı bu cür hərəkətlər etsələr, sahiblərini həbs etsələr düzgün olmaz. ABŞ "Meta" və "X" şirkətinə qarşı bu cür addım atmırsa, Fransanın "Telegram"a qarşı bu hərəkəti etməsi normal deyil. Fransa ABŞ-dən dahamı çox demokratik dəyərlərə sahibdir ki, bu hərəkətləri edir? Fransanın özündə də kifayət qədər siyasi qüvvələr buna etiraz ediblər. 
Durova 2021-ci ilin avqustunda Fransa vətəndaşlığı verilib. Makronun dövründə vətəndaşlıq alıb. Həmin vaxt Makron bilmirdi ki, "Telegram"da bu cür məlumatlar var? Elədisə, vətəndaşlığın verilməsindən imtina edərdi. Əsasən dünya siyasətçiləri şifrələnməyə görə "Telegram"dan istifadə edirlər. Bu, aydın məsələdir ki, Fransa hakimiyyətinin burdakı əsas niyyəti məhz "Telegram"dakı yazışmaları ələ keçirməkdir. Ondan təzyiq vasitəsi kimi müxtəlif dövlətlərə qarşı istifadə edəcək. Buna görə Durov həbs olunub. Kəşfiyyatda əməkdaşlığa cəlb etmək istəyəcəklər. Bunu Rusiya da vaxtıyla istəmişdi, amma alınmamışdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31