Qazanılan uğurlar dövlətin məqsədyönlü siyasətinin nəticəsidir- ÖZƏL
26 Avqust 2024 12:42 Siyasət"Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursu ölkəmizin bütün sferaları üzrə hərtərəfli inkişafı təmin edib". "Olaylar" xəbər verir ki, bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib: "Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin müdrik ideyaları əsasında böyük tərəqqi yolu keçib. Bu gün ölkəmizdə hamı sülh və əmin-amanlıq şəraitində yaşayır. Qazanılan uğurlar dövlətin məqsədyönlü siyasətinin nəticəsidir. Dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı müasir müstəqil Azərbaycan bu gün olduğu kimi, gələcəkdə daha böyük uğurları təmin edəcək".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31