Tural İsmayılov: ABŞ səfirinin açıqlamaları obyektivliyi və reallığı ehtiva etmir- ÖZƏL
26 Avqust 2024 12:00 Siyasət"ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin davranışları və addımları haqlı olaraq cəmiyyətimizdə qıcıq yaradır. Nəzərə almaq lazımdır ki, bu gün ABŞ-nin müxtəlif senatorları və vəzifəli şəxsləri Ermənistanı su yoluna döndəriblər".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Atılan addımlar, aparılan işlər də onu göstərir ki, ABŞ-nin Ermənistan vasitəsilə Cənubi Qafqazda öz mövcudluğunu gücləndirmək niyyətləri var. Bu fonda da ABŞ-nin USAİD fondunun rəhbəri Samata Pauerin də tez-tez Ermənistan ərazilərində at oynatdığını müşahidə edirik. Bu baxımdan da ABŞ səfirinin açıqlamaları hesab edirəm ki, əsla obyektivliyi və reallığı ehtiva etmir. Ermənistana gizli silah daşınmasına dair təqdim olunmuş sübut və faktların doğru cavablandırılması yerinə ABŞ-nin səfiri siyasi sima qismində çıxış edərək Azərbaycan mətbuat orqanına hücum edir və onun ictimai reputasiyasına zərbə vurmağa çalışır. Bütün bunlar amerikalı diplomatın obyektiv reallıq hissindən nə qədər uzaq olduğunu növbəti dəfə göstərir. Hər halda ABŞ səfirinə yaxşı bəllidir ki, bu gün Fransanın Ermənistanı silahlandırması bütövlükdə Qərbin Ermənistan vasitəsilə regionda əldə edilə biləcək sülh və sabitliklə bağlı verdiyi pozitiv mesajlarla daban-dabana ziddir. Ortada faktlar, sübutlar var. Hesab edirəm ki, bunlara uyğun dəqiq, normal açıqlama vermək yerinə Azərbaycanın hansısa media qurumunu nələrdəsə ittiham etmək nə diplomatiya, nə də insanlıq qaydalarına uyğun gəlmir".
Zeynəb Rzayeva