Müasir Azərbaycan reallığı Ümummilli Liderin adı ilə bağlıdır- ÖZƏL
26 Avqust 2024 11:06 Siyasət"Müasir Azərbaycan reallığı məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır". "Olaylar" xəbər verir ki, bunu YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov qeyd edib: "Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri onun siyasi varisi - cənab İlham Əliyev yerinə yetirdi. Çoxəsrlik dövlətçilik tariximizin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Qalib və qüdrətli Azərbaycan dövləti Heydər Əliyev yolunun Müzəffər davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə hədəflərinə doğru inamla irəliləyir: "Yeni dönəmdə daha möhtəşəm uğurla şahidlik edəcəyik".
Alim Hüseynli
Olaylar.az