Azərbaycan heç bir ölkənin istəyinə uyğun siyasət həyata keçirmir- ÖZƏL

"Azərbaycan xarici siyasətini milli maraqlarına uyğun olaraq qurur. Azərbaycan qonşu ölkələrlə normal əlaqələrin davam etməsində maraqlıdır. Məhz Ermənistanla da çalışır ki, sülh müqaviləsi bağlansın". 

"Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan heç bir ölkənin istəyinə uyğun olaraq siyasət həyata keçirə bilməz: "Bəli, Rusiya Ukraynanin ərazilərini işğal edib. Davamlı hərbi cinayətlər həyata keçirir. Amma, bu o demək deyil ki, Bakı  Moskva ilə dusmən olmalıdır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü rəsmən tanıyır. Amma, Rusiya -Ukrayna müharibəsi fonunda birtərəfli şəkildə anti-Rusiya siyasəti sərgiləmək Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. 
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən Ukrayna rəsmiləri inciyibsə, böyük səhv edirlər. Azərbaycan heç strateji müttəfiq olduğu ölkələrin istəyinə uyğun olaraq siyasət aparmır. Deyəsən, Ukrayna rəhbərliyi Azərbaycanın Ukraynaya humanitar yardımlarıni yaddan çıxarıb. 
Qeyd edim ki, birinci Qarabağ müharibəsində yurdlarından didərgin düşmüş 1 milyon azərbaycanlı heç bir ölkəyə sığınacaq üçün getmədi. Halbuki qaçqın kimi gedə bilərdi. Amma, Ukraynanin əli silah tutan kişilərinin 60 % faizi qaçaraq Avropanın küçələrində sərgərdan gəzir. İndi, Azərbaycandan utanmazcasına inciyirlər!"

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31