BMT COP29-un keçirilməsində Azərbaycana dəstək verəcək
24 Avqust 2024 13:41 SiyasətBMT COP29-un keçirilməsində Azərbaycana dəstək vermək niyyətindədir.
Olaylar.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "29 İqlim Söhbəti: COP29-a gedən yol" adlı tədbir çərçivəsində keçirilən "COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarında bildirib.
"Biz ev sahibi olan ölkəyə və COP29 sədrliyinə bütün təşkilati aspektlərdə həqiqətən dəstək olmaq istəyirik və ümid edirəm ki, bu, bizdə alınır", - o qeyd edib.
V.Andreyeva bildirib ki, COP-un başlamasına çox az vaxt qalıb və beynəlxalq ictimaiyyət onun təşkilində Azərbaycana kömək etməlidir: "Biz COP29-un uğurla keçməsini istəyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31