Bu gün yazılan tarix öz təcəssümünü Azərbaycan və Özbəkistan xalqlarının rifahında tapacaq - Şavkat Mirziyoyev
23 Avqust 2024 14:29 SiyasətÖzbəkistanın müttəfiqlik münasibətləri saxladığı ölkələrin sayı çox azdır, amma indiyədək heç bir ölkə ilə bu cür qısa müddətdə belə müqavilə imzalanmayıb.
Olaylar xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
Özbəkistanın dövlət başçısı qeyd edib: "Biz bu gün tarix yazdıq. Bu tarix öz təcəssümünü Azərbaycan və Özbəkistan xalqlarının rifahında tapacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31