Tural İsmayılov: Bu bir daha Ermənistan hakimiyyətinin ləyaqətsizliyini ortaya qoyur- ÖZƏL
23 Avqust 2024 14:04 Siyasət"Ümumiyyətlə, USAİD fondu və onun rəhbəri Samanta Pauer Ermənistandakı sorosçu Paşinyan hakimiyyəti USAİD də daxil olmaqla Amerikanın imperialist siyasi təşkilatlarının əlinin altında oyuncağa çevrilibdir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Atdıqları bütün addımlar, etdikləri hərəkətlər onu göstərir ki, bu gün Ermənistan əraziləri USAİD-in vasitəsilə ABŞ imperializminin və narıncı inqilab mexanizmlərinin fabrikalarının plasdarmına çevrilibdir. Təbii ki, "Freedom House" təşkilatı özü erməni lobbisi ilə yaxın olan bir təşkilatdır, daim Azərbaycan və Türkiyə əleyhinə əsassız ittihamlar səsləndirir. Belə bir oyuncaq təşkilatın USAİD-in dəstəyilə ABŞ-də hansısa bir kompaniya keçirməsinin də bizim üçün hansısa bir əhəmiyyəti və təsiri ola bilməz. Hesab edirəm ki, bu gün Ermənistanın daxilində yenidən Qarabağ mövzusunu alovlandırmağa çalışanlar, Qarabaö mövzusunda hansısa tədbir keçirənlər həm də bir daha Ermənistan hakimiyyətinin ləyaqətsizliyini ortaya qoyur. Müharibədə məğlub olan, eyni zamanda beynəlxalq aləmə mesaj verən Ermənistan hakimiyyəti ABŞ-nin müxtəlif fondlarının təsirləri ilə öz ərazisində Azərbaycan əleyhinə provakosyon tədbirlər keçirməklə məşğuldur. Bu bir daha Ermənistan hakimiyyətinin iç üzünü, ləyaqətsizliyini ortaya qoymuş olur".
Zeynəb Rzayeva