Əli Zülfüqaroğlu: Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin tarixi kökləri var- ÖZƏL

"Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin tarixi kökləri var. Müstəqillik dönəmlərindən, xüsusilə 1995-ci ildən sonra Azərbaycanla Özbəkistan arasındakı münasibətlər inkişaf etməyə başlayıb, amma SSRİ dönəmində də Azərbaycan-Özbəkistan münasibətləri yüksək səviyyədə olub". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib:

"İstər işğal dönəmində, istərsə də qələbədən sonrakı dönəmdə Özbəkistan Azərbaycanın ədalətli mövqeyinə daim dəstək verib. Özbəkistanla Azərbaycan arasında siyasi, iqtisadi, mədəni, tarixi, milli əlaqələr hazırda ən yüksək səviyyədədir. Bu əlaqələrin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyev önəmli rol oynayıb. Doğrudur, iqtisadi əlaqələrimiz iki dövlət arasında olan potensialı özündə əks etdirmir, çünki ticarət dövriyyəsinin həcmi istənilən səviyyədə deyil. Amma bu istiqamətdə irəliləyişlərə nail olmaq üçün hər iki dövlət öz səylərini əsirgəmir. Azərbaycanla Özbəkistan Türk Dövlətləri Təşkilatında sıx əməkdaşlıq edirlər. Azərbaycan Türk dünyasının mərkəzi və birləşdirici ölkəsi hesab olunur. Türk dünyasında birgə fəaliyyətin qurulması, xalqlarımızın inteqrasiyasının davam etdirilməsi istiqamətində Azərbaycan dövlət başçısının rolu misilsizdir. Bütün Türk dövlətləri, onların rəhbərləri bunu qəbul edir və etiraf edirlər. Türk dövlətləri arasındakı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı bir çox təşəbbüs Prezident İlham Əliyev tərəfindən irəli sürülür və müsbət qarşılanır. Bu təşəbbüslərdən irəli gələn məsələlərin reallaşması üçün praktiki addımlar atılır. Hesab edirəm ki, bu baxımdan da Azərbaycan-Özbəkistan münasibətlərinin bundan sonrakı inkişafı da Azərbaycanın prioriteti olaraq görünür. Azərbaycan Prezidentinin Özbəkistana səfəri də iki dövlət arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından kifayət qədər əhəmiyyət daşıyır. İki dövlət arasındakı əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi yerə malikdir. Azərbaycan Prezidentinin Özbəkistana səfəri də hesab edirəm ki, Özbəkistan-Azərbaycan münasibətlərinin bundan sonrakı dönəmi üçün inkişafı şərtləndirəcək hadisələrdəndir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31