Azərbaycan qonşu dövlətlərlə əlaqələrin inkişafına xüsusi önəm verir- ÖZƏL

"Son üç ildən artıq dövrdə Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda digər sahələr kimi, xarici siyasət sahəsində də yeniliklər diqqətdən kənarda qalmır". "Olaylar" xəbər verir ki, bunu YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva deyib: "Xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu gün Rusiya ilə əlaqələri müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur. Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri də bu baxımdan diqqətçəkəndir. 
Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. İki dost, müttəfiq ölkə təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, həm də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq edir. Prezidentlər mətbuata bəyanatlarında münasibətlərin ayrı-ayrı sahələrdə uğurlu inkişafını əsaslı şəkildə diqqətə çatdırdılar".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31