Əli Mustafa: Özbəkistanın Azərbaycanla dostluq münasibətləri olduqca doğru siyasətdir- ÖZƏL
23 Avqust 2024 12:14 Siyasət"Azərbaycan və Özbəkistan hər ikisi Türk dövlətidir. İkisi də uzun illər SSRİ-nin işğalı altında olub. Bir formada milli adət-ənənələr, tarixi yaddaş qorunub".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib:
"Şükürlər olsun ki, indi suveren dövlətlərimiz var. Son vaxtlarda TDT-də birləşir, bir araya gəlirik. Özbəkistan Türk dövlətləri arasında ən güclü dövlətlərdəndir. Azərbaycanla dostluq münasibətləri də olduqca doğru siyasətdir. Bizim dostluğumuz gələcəkdə Türk dünyasının birləşməsinə olduqca böyük fayda verəcək məsələdir. Bu dostluğu, əlaqələri alqışlayıram. Ümid edirəm, əməkdaşlığımız daha da dərinləşəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31