Rusiya Ukrayna ilə müqayisədə qat-qat üstündür - ÖZƏL
23 Avqust 2024 11:32 Siyasət"Ən azı gələn ilin baharına qədər müharibənin davam edəcəyini proqlozlaşdırıram. Çünki çox adam burada hər şeyi Amerikada keçiriləcək seçkilərlə əlaqələndirir. Ancaq seçkilər burada əsas rol oynamır. Əsas məqsəd bu müharibənin maksimal dərəcədə uzanması, Rusiyanın itkilərə məruz qalmasıdır".

Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında bildirib:
"Kollektiv Qərb və bəzi dövlətlər bu vəziyyətdən sui-istifadə etmək niyyətindədirlər. Əlbəttə ki, dünyada yeni pay bölgüsü məsələsi gündəmə gəlib. Açıq şəkildə heç kəs təbliğ etməsə də bu proses gedir. Ən güclü mərkəzlər çalışırlar ki, öz istəklərini həyata keçirsinlər, bəzi dövlətləri təsir altına salsınlar, yeni mövqelər qazansınlar və s. Burada həm də tranmilli şirkətlərin önə çıxma məsələsi var. Tramp bu seçkilərdə qalib gələcək, gəlməyəcək, bu ikinci məsələdir. Ancaq əsas diqqət çəkən məsələ odur ki, Amerika seçkilərindən sonra həqiqətən də dünya nizamının pereformat olunması gündəmə gələcək. Belə olduğu halda onlar çalışacaqlar ki, Rusiyanı zəiflətsinlər. Pay bölgüsünə kim hazır, inamlı bir vəziyyətdə gələcəksə, onun sözü aparıcı rol oynayacaq. ABŞ həm Avropada, həm Yaxın Şərqdə mövqelərini zəiflədib. Ümumiyyətlə, ABŞ Sakit Okean bölgəsində, Çinə yaxın olan ərazilərdə öz gücünü toparlamaq, yeni bir konfiqurasiya yaratmaq istəyir. O ki, qaldı, Kursk vilayətində baş verən məsələyə, burada gedən qarşıdurma təsadüfi deyil. Çünki Sunca məntəqəsi ətrafında qaz paylaşdırıcı stansiya var. Onun vasitəsilə Rusiyanın qazı Avropaya çatıdırılır. Çalışırlar ki, Rusiyanı həm də təzminatlarla üz-üzə qoysunlat. Çünki qazın nəqli Rusiya ərazisindən dayandırılacaqsa, onda Rusiya günahkar və bir neçə Avropa ölkəsinə təzminat ödəməli olacaq. Düzdür, bu nəqldən Ukrayna qazanır, ancaq bəzi qüvvələr elə bilirlər ki, Rusiyanı çətin vəziyyətə salmaq daha əlverişli olacaq. Burada Ukraynanın da vəziyyətini bir qədər problemli görürəm. Çünki Rusiyanın strateji resurs imkanları baxımından həqiqətən də çox böyük ehtiyatı var. Rusiya təzyiqlərə məruz qalır, amma Ukrayna ilə müqayisədə o, qat-qat üstündür. Söhbət potensial imkanlardan gedir. Uzun müddətli müharibəni hər ölkə apara bilmir. Həm demoqrafiq resurs, həm enerji daşıyıcıları, yeni nəsil texnologiyalar, hərbi texnika lazımdır. Bütün bunlar hamısı baha başa gələn şeylərdir. Digər tərəfdən də Ukrayna NATO Sammitində iştirak edərkən prezident Zelenski çox məyus qayıtdı. Çünki o, çox böyük paylara köklənmişdi. Ancaq ona verilmiş dəstək o qədər də təəssürat doğuran dəstək olmadı. Əlbəttə, Rusiya hücum hazırlayır ki, artıq Kursk vilayətində vəziyyəti öz xeyrinə dəyişsin. Bu olması gözlənilən bir məsələdir. Bir yandar Rusiya başa düşür ki, Kursk vilayətinə daxil olmuş hərbi birləşmələr NATO səviyyəsində hazırlanmış birləşmələrdir. Onların təlimatları həm ABŞ-dən, həm də Böyük Britaniyanın mütəxəssislərindən irəli gəlmişdir. Rusiya anlayır ki, Kurskun müharibə meydanına çevrilməsi təsadüfi hadisə olmadı. Orada elit hissələr öz sözlərini deyə bildilər. Amma mövqelərini nə dərəcədə saxlaya biləcəkləri, hücumu nə qədər inkişaf etdirə biləcəkləri ikinci məsələdir və bir az problematikdir. Çünki Ukraynanın həm resurs, həm insan çatızmazlığı göz önündədir. Gələn ilin ortalarında bu vəziyyət düşünürəm ki, öz kuliminasiyasını keçəcək və bəlli olacaq ki, müharinədən sonra kim nə ilə qalacaq".
Zeynəb Rzayeva