Putinin ölkəmizə səfəri dostluq və müttəfiqlik münasibətlərinə böyük töhfə verəcək- ÖZƏL
23 Avqust 2024 11:19 Siyasət"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 19 avqust tarixində Azərbaycana səfər etməsi dövlətlərarası münasibətlərin həm siyasi, həm də iqtisadi cəhətdən yüksək səviyyədə olmasına sübutdur və iki dövlət arasında dostluq və müttəfiqlik münasibətlərinə böyük töhfə verəcək".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib:
"Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxışında Azərbaycanla Rusiya arasında iqtisadi, siyasi, elm, təhsil, humanitar sahələrdə sıx əlaqələrin mövcud olduğunu və bu münasibətlərin daha da dərinləşdirilməsinə hər iki dövlətin böyük maraq göstərdiyini vurğuladı. 2022-ci ilin fevralında Azərbaycan və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik haqqında Bəyannamə imzalanmışdır. Hər iki dövlət tərəfindən Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Humanitar və təhsil sahəsində də münasibətlər yüksək səviyyədədir. Azərbaycanda hər zaman rus dilinə böyük maraq var. Ölkəmizdə rus dilində təhsil aparılan 324 məktəb var ki, bu məktəblərdə 160 mindən çox şagird təhsil alır. Azərbaycanda 26 ali təhsil müəssisəsində 15 mindən çox tələbə rus bölmələrində təhsil alır".
Alim Hüseynli
Olaylar.az