Dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib- ÖZƏL

"Ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - "Yeni dövrə Yeni Azərbaycanla!" şüarı ilə qatılıb". "Olaylar" xəbər verir ki, bunu YAP Şabran rayon təşkilatının sədr müavini Cavani Babayev deyib: "Yeni Azərbaycan Partiyası hər  zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb. Partiyanın bu dəfə də möhtəşəm qələbə qazanacağına inanıram. Çünki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31