Azərbaycanla Qazaxıstan arasında hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq
23 Avqust 2024 09:52 SiyasətAvqustun 23-də müdafiə nazirinin birinci müavini və Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstana səfərinə başlayıb.
Olaylar xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək. Bununla yanaşı, iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31