Belçikanın yeni səfiri Azərbaycan XİN başçısının müavini ilə görüşdü
22 Avqust 2024 19:41 SiyasətBelçikanın ölkəyə yeni təyin olunmuş səfiri Julyen de Fraypont Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşüb.
Olaylar.az xəbər verir ki, səfir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Nazir müavini Fariz Rzayevlə görüşdən şərəf duydum. Bu, Bakıdakı missiyamın ilk rəsmi addımıdır. Azərbaycan Xarici İşlər Nazirliyi ilə əməkdaşlığı səbirsizliklə gözləyirəm", - diplomat qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31