Fransa kimi dağıdıcı ölkələr mane olmasa... - ÖZƏL

"Bakıdan Ermənistan baş nazirinə COP29-da iştirakla bağlı göndərilən dəvət əlbəttə ki, bəlli bir müddət sonra, yəqin ki, cavablandırılacaq və mən gözləyirəm ki, Ermənistan baş naziri bunu fürsətə çevirərək Bakıya gələcək".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"İstər-istəməz müharibə bitib, xalqlar arasında qarşılıqlı etimad yaratmağa ehtiyac var və bu etimadın yaradılması üçün də bu cür qlobal səviyyəli tədbirlər, yaxşı mənada bir bəhanə rolunu oynaya bilər. Bu baxımdan, əlbəttə, cavab hələlik verilməyibsə də, mən şəxsən düşünürəm ki, Ermənistan tərəfi sonda buna müsbət cavab verəcək. Təbiidir ki, üçüncü tərəflərin, özəlliklə də Fransa kimi bir dövlətin destruktiv müdaxiləsi olmasa...
Bilirsiniz, Ermənistan  Azərbaycanla yaxınlaşmaq istəyir, normal münasibətlərdə maraqlıdır. Amma bəzi dövlətlər, özəlliklə də Fransa Ermənistanla  Azərbaycan arasında münasibətlərin normallaşmasını hər vəchlə əngəlləyir. İndi COP29 tədbiri üçün noyabrda Ermənistan baş nazirinin Bakıya gəlməsi əslinə qalanda münasibətlərin daha üstün bir səviyyəyə, daşınmasına vasitəçi ola bilər. O baxımdan, Fransa kimi dağıdıcı ölkələr mane olmasa, Ermənistan baş naziri yəqin ki, Bakıya gələcək və bununla da Ermənistanla Azərbaycan arasında münasibətlərin daha üstün bir səviyyəyə daşınmasına vasitəçi olacaq. 
Hər halda Azərbaycan tərəfi ona bütün təminatları verir, gəlib iştirak edəcəyi təqdirdə onunla bağlı hər hansı problem yaşanan deyil. Əksinə, ona da digər dövlətlərin rəhbərlərinə göstərilən sayqı göstəriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31