Elçin Xalidbəyli: “Azərbaycan və Özbəkistan münasibətləri hazırda sürətli inkişaf mərhələsindədi”- ÖZƏL

"Azərbaycan və Özbəkistan münasibətləri hazırda sürətli inkişaf mərhələsindədir. Bu iki ölkə bir-birinə dost, qardaş ölkələrdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Böyük inkişaf mərhələsində olan münasibətlər hər iki ölkənin gələcək perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki həm Azərbaycan, həm də Özbəkistan hazırda Türk Dövlətləri Təşkilatının aparıcı üzvləri sırasındadır. Bu, TDT-nin daxilində iqtisadi, ticari, nəqliyyat, kommunikasiya, eləcə də strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyan münasibətlər kategoriyasına daxildir. Son illərdə Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin məhz bu istiqamətdə inkişaf etdiyi müşahidə olunur. Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində biz bunu müşahidə edirik. Eyni zamanda bundan əvvəlki səfərlərdə də iki ölkə arasında çox önəmli əməkdaşlıq sazişlərinin imzalanması baş vermişdi. Özbəkistandan da Azərbaycana rəsmi səfərlər çərçivəsində eyni proseslər davam etmişdir. Azərbaycanla Özbəkistan arasında yüksək səviyyədə əməkdaşlığın, tərəfdaşlığın və strateji müttəfiqliyin əsasını qoyan proseslər inkişaf mərhələsində öz perspektiv hədəflərinə doğru irəliləməkdədir. Bütün bunları nəzərə alanda həm Azərbaycan-Özbəkistan ikitərəfli münasibətləri, həm də Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin TDT tərkibindəki təzahürləri Türk dünyasının gələcək inkişaf perspektivləri baxımından böyük əhəmiyyət daşıyır. Yəqin ki, rəsmi Bakı da, rəsmi Daşkənd də bu istiqamətdə fəaliyyətini davam etdirməkdə israrlı olacaqdır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31