Seçki iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar yaradılıb - Rövzət Qasımov
22 Avqust 2024 16:25 SiyasətMilli Məclisə seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün lazımi addımlar atılıb, seçki iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar yaradılıb.
Olaylar xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, çox sayda yerli və beynəlxalq müşahidəçilər, media mənsubları və fərqli aşkarlıq institutları seçki kampaniyasında hər hansı bir maneə ilə rastlaşmadan, azad və sərbəst şəkildə iştirak edirlər: "Ölkədə fəaliyyət göstərən siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları müşahidə baxımından xüsusilə geniş iştirak sərgiləyirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31