Azərbaycan və Rusiya arasında münasibətlər tarixi köklərə malikdir- ÖZƏL
22 Avqust 2024 16:00 Siyasət"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri, xüsusilə regional və beynəlxalq siyasətdəki mürəkkəb vəziyyət fonunda əhəmiyyətli bir hadisə olaraq qiymətləndirilir". "Olaylar" xəbər verir ki, bunu YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib: "Bu səfər iki ölkə arasında mövcud olan qarşılıqlı inamı və əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olan liderlərin iradəsini əks etdirir. Azərbaycan və Rusiya Cənubi Qafqazda və geniş mənada Avrasiya regionunda sabitlik və inkişaf üçün birgə səylər göstərməyə davam edəcəklər. Azərbaycan və Rusiya arasında münasibətlər tarixi köklərə malikdir və bu səfər əlaqələrin gələcəkdə daha da güclənəcəyini göstərir".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31