Onlar dildə sülhdən danışırlar...- ÖZƏL

"Hamımız bilirik ki, COP29 dünyada ən nüfuzlu tədbirlərdən biridir. Ona görə də  Azərbaycanın bu tədbirə evsahibliyi etməsi onun   regionda və dünyada nə qədər böyük əhəmiyyətə malik bir ölkə olduğunu göstərir". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycanın Ermənistanı tədbirə dəvət etməsi, şübhəsiz ki, Azərbaycanın xoş niyyətindən, bölgədə sülhü arzuladığından xəbər verir. Burada təbii ki, Ermənistanın göstərəcəyi mövqe önəmlidir. Onlar dildə sülhdən danışırlar, əmələ baxdığımızda atəşkəsi pozmaq, sülh prosesini uzatmaq,  Azərbaycana qarşı antiazərbaycan mövqeli çıxışlar görürük. Onlar COP29-a gələcəklərsə, bunu İrəvandan müsbət bir mesaj olaraq qəbul etmiş olacağıq. Gəlməyəcəklərsə, demək ki, Ermənistan hakimiyyəti hələ də bu avantürist və Ermənistanı daha da böyük xaosa sürükləyən siyasəti izləməkdə maraqlıdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31