Zeynal Əmrəliyev: Ermənistanın özünün məsləhətləşdiyi yerlər var ÖZƏL

"Azərbaycan siyasi etika xatirinə Ermənistana COP29-da iştirak üçün təklif göndərib. Məlum olduğu kimi, ölkəmizin də mövqeyi belədir ki, COP29 zamanı bütün regionda sülh, müharibələrdə atəşkəs rejimi bərpa olunsun. Bütün müharibələr dayandırılısın".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

""Dövlət başçısı Cənab İlham  Əliyev də öz çıxışında bildirmişdi ki, "COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür". Təbii  ki,   qarşı tərəf  də  bunu  arzu  etməlidir. Təəssüflər olsun ki, Ermənistan müxtəlif xarici dövlətlərin sözlərinə uyaraq kütləvi şəkildə silahlanır. Bu, heç də yaxşı əlamət deyil. Buna baxmayaraq Azərbaycan sülhün əldə olunması üçün əlindən gələni edir və Ermənistana rəsmi şəkildə dəvət göndərib. Azərbaycan dövləti həmin sammitdə onları qəbul edə bilər. Ancaq onların buna necə reaksiya verəcəkləri özlərindən asılıdır. Hələ ki, reaksiya verməyiblər, rəsmi cavab gəlməyib. İştirak edəcəklər, ya etməyəcəklər, hansı səviyyədə iştirak edəcəklər, buna Paşinyan qərar verəcək. Ola bilsin ki, Ermənistanın özünün məsləhətləşdiyi yerlər var. Məlum olduğu kimi, rəsmi İrəvan bu barədə heç vaxt özü müstəqil qərarlar vermir. Ona hansısa qərarları diqtə edirlər. Belə olacaqsa, çox təəssüf, yox əgər özü müstəqil qərar verəcəksə, başa düşəcək ki, bu vəziyyətdən istifadə etmək lazımdır və belə tədbirdə iştirak özünün də xeyirinədir. Mən Nikol Paşinyanın tədbirə gələcəyinə inanmıram. Ola bilsin ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın səviyyəsində təmsil olunsun. Mirzoyandan başqa Ermənistanın Milli Məclisinin sədri Alen Simonyan da gələ bilər. Baş nazir səviyyəsində təmsil olunacağına inanmıram".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31