YAP Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutur- ÖZƏL
22 Avqust 2024 12:26 Siyasət"Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatının ən fəal və təşəbbüskar qüvvəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib: "YAP Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutur. Bu partiyanın əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bu günkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Ulu Öndər Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31