Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayır- ÖZƏL
22 Avqust 2024 11:51 Siyasət"Bu gün Azərbaycan dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan bir dövlət kimi təqdir olunur". "Olaylar" xəbər verir ki, bunu YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov deyib: "Ölkəmiz sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal enerji layihələri uğurla icra edilir".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31