Vüqar Əhmədov: Ukrayna tərəfi Rusiya ərazisində daha çox irəliləyərsə,… - ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ən son keçirilən brifinqdə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunun Kiyev rejimi ilə hər hansı danışıqları mümkünsüz etdiyini bildirib. Bəzi ekspertlərin müharibənin bitəcəyi ilə bağlı müsbət proqnozlarına baxmayaraq vəziyyət səngimir.

Məsələni Olaylar.az-a şərh edən siyasi şərhçi Vüqar Əhmədov qeyd edir ki, bu, vəziyyəti daha da gərginləşdirəcək:

"Bu, Rusiya üçün artıq ciddi çağırış sayıla bilər. Rusiya əksər gücünü Ukrayna istiqamətinə yönəltdiyi bir zamanda öz ərazisinə belə bir müdaxilə əlbəttə bu ölkə üçün heç də xoşagələn hal deyil. Bəzi Qərb ölkələri Ukrayna üçün Rusiya ərazilərini legitim hesab etmişdi, ona görə bunu Moskva hesablamalı idi. Digər tərəfdən əgər Ukrayna tərəfi Rusiya ərazisində daha çox irəliləyərsə bu fakt tərəfləri sülh danışıqları masasına yaxınlaşdıra və kompromisə gəlməyə sövq edə bilər, bəlkə Qərb üçün bu daha məqbul variantdır. Artıq rəsmi Moskva, Rusiya Prezidenti Putin Bakıda  Azərbaycan Prezidenti Əliyevlə görüşdüyü zaman Cənubi Qafqazdakı vəziyyətdən danışarkən Ukrayna istiqamətində vəziyyəti böhran adlandırdı. Ukrayna məsələsi rəsmi Moskva üçün artıq ciddi başağrısına çevrilməkdədir, çünki bu məsələdə Rusiya bütün Qərbi qarşısına alıb. Rusiya Kurskdakı mövqelərinin itirilməsini Ukrayna ərazisinə daha çox irəliləmək və ballistik zərbələrlə kompensasiya edə bilər. İstənilən halda unutmamalıyıq ki, Rusiya nüvə dövlətidir və ciddi təhdidlə uzləşəcəyi halda nəticəsi daha çox faciələrə yol açan addımlar ata bilər. Ona görə düşünürəm ki, Qərb tərəfləri daha çox danışığa yaxınlaşdırmaq üçün səylərini artırmalıdır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31